Əsas səhifə » Rusiyadan Türkiyə limanlarına 9 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Rusiyadan Türkiyə limanlarına 9 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı, AzerVoice

2025-ci ilin yanvar-fevral aylarında Rusiyadan Türk limanlarına 9 milyon 439 min 304 ton yük daşınıb.

Bu barədə AzerVoice - a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Rusiyadan Türkiyə limanlarına 269 min 3 ton yük daşıyıb.

“Bu ilin yanvar-fevral aylarında Rusiyadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 8 milyon 303 min 998 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Rusiyadan Türkiyəyə Rusiya bayrağı ilə üzən gəmilərlə 866 min 303 ton yük çatdırılıb.

2025-ci ilin yanvar-fevral aylarında Rusiyadan Türkiyə limanlarına 89 min 622 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2025-ci ilin fevral ayında Türkiyə limanları 30 milyon 855 min 73 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 360 min 170 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 28 milyon 494 min 852 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 17 min 716 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin fevral ayında Türkiyə limanları 3 min 878 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 232, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 646 olub.

2024-cü ilin fevral ayında Türkiyə limanları 4 min 352 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 2 min 953, Türkiyə bayrağı altında olan gəmilər isə min 399 olub”, - deyə nazirlikdən bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice