Bakı, AzerVoice
2025-ci ilin fevrral ayında Türkiyədə İran kapitalı ilə 47 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31 şirkət azdır.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 46 milyon 110 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 62 milyon 550 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin fevral ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (43) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 43 milyon 210 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin fevral ayında Türkiyədə İran kapitalı ilə 20 ticarət şirkəti qeydiyyata alınıb.