Bakı, AzerVoice
Türkiyə 2025-cü ilin fevral ayında Qırğızıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 dəfə artaraq 738 min 35 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Qırğızıstana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 dəfə artaraq 1 milyon 496 min 92 dollara bərabər olub.
Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 0,2 faiz artaraq, 2 milyon 493 min 484 dollara bərabər olub.
“Bu ilin fevral ayında Türkiyə 1 milyon 242 min 480 dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 9,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.