Əsas səhifə » Türkiyədən Misirə polad ixracı azalıb (ÖZƏL)

Türkiyədən Misirə polad ixracı azalıb (ÖZƏL)

Bakı, AzerVoice

Türkiyə 2025-cü ilin fevral ayında Misirə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz azalaraq 41 milyon 706 min 39 dollara çatdırıb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Misirə polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz azalaraq,70 milyon 466 min 85 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 0,2 faiz artaraq, 2 milyon 493 min 484 dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 1 milyon 242 min 480 dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 9,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice