Bakı, AzerVoice
Türkiyə 2025-cü ilin fevral ayında Misirə mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz azalaraq 8 milyon 541 min 19 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Misirə mebel məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azalaraq , 19 milyon 621 min 84 dollara bərabər olub.
Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına mebel ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 3 faiz azalaraq, 1 milyon 216 min 724 dollara bərabər olub.
“Bu ilin fevral ayında Türkiyə 607 min 620 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 6,8 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 7 milyon dollar məbləğində mebel ixrac edib.