Əsas səhifə » Türkiyədən Misirə dəri ixracı artıb (ÖZƏL)

Türkiyədən Misirə dəri ixracı artıb (ÖZƏL)

Bakı, AzerVoice

Türkiyə 2025-cü ilin fevral ayında Misirə dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 1 milyon 777 min 2 dollara çatdırıb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Misirə dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 dəfə artaraq, 857 min 18 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına dəri ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə1,6 faiz azalaraq, 258 min 946 dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 132 min 489 dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 7,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 1 milyon dollar məbləğində dəri ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice