Bakı, AzerVoice
Türkiyə 2025-cü ilin fevral ayında Qırğızıstana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq 23 milyon 482 min 50 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Qırğızıstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq, 43 milyon 430 min 83 dollara bərabər olub.
Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5 faiz azalaraq, 2 milyon 770 min 450 dollara bərabər olub.
“Bu ilin fevral ayında Türkiyə 1 milyon 358 min 571 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 9,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 17 milyon dollar məbləğində hazır geyim ixrac edib.