Bakı, AzerVoice
2025-ci ilin fevral ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 1 milyon 590 min 906 nəfər olub.
Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 1 milyon 118 min 930 nəfər, beynəlxalq reyslər üzrə isə 21 faiz artaraq 471 min 976 nəfər təşkil edib.
2025-ci ilin fevral ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 20 min 166 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 12 min 466 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 20 faiz artaraq, 7 min 701 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin fevral ayı ilə müqayisədə 8 faiz artaraq, 10 min 868 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 7 min 584, beynəlxalq reyslər üzrə isə 17 faiz artaraq 3 min 284 olub.
2025-ci ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 30 milyon 446 min 843 nəfər, yük daşınması isə 694 min 727 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.