Əsas səhifə » Ankara Esenboğa hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib (ÖZƏL)

Ankara Esenboğa hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib (ÖZƏL)

Bakı, AzerVoice

2025-ci ilin fevral ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 2 milyon 74 min 566 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq, 1 milyon 572 min 413 nəfər, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 502 min 153 nəfər təşkil edib.

2025-ci ilin fevral ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 20 min 367 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 12 min 468 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 10 faiz artaraq, 7 min 899 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin fevral ayı ilə müqayisədə 2 faiz artaraq, 15 min 223 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq, 11 min 218, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 4 min 5 olub.

2025-ci ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 30 milyon 446 min 843 nəfər, yük daşınması isə 694 min 727 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice