BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin fevral ayında Gürcüstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalaraq 10 milyon 280 min 52 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Gürcüstana tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz azalaraq,19 milyon 179 min 22 dollara bərabər olub.
Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına avtomobil ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,3 faiz artaraq, 5 milyon 979 min 540 dollara bərabər olub.
“Bu ilin fevral ayında Türkiyə 2 milyon 980 min 748 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 4,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 32 milyon dollar məbləğində tekstil ixrac edib.