Bakı, AzerVoice
Türkiyə 2025-cü ilin fevral ayında İraqa sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq 14 milyon 557 min 56 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən İraqa sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalaraq, 27 milyon 559 min 29 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,6 faiz azalaraq, 640 min 22 dollara bərabər olub.
“Bu ilin fevral ayında Türkiyə 321 min 456 dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 7,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 4 milyon dollar məbləğində sement ixrac edib.