Əsas səhifə » Türkiyədən Misirə avtomobil ixracı artıb (ÖZƏL)

Türkiyədən Misirə avtomobil ixracı artıb (ÖZƏL)

Bakı, AzerVoice

Türkiyə 2025-cü ilin yanvar ayında Misirə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 56,6 faiz artaraq 22 milyon 378 min 97 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 37 milyon 426 min 41 dollar məbləğində avtomobil ixrac edib.

Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına avtomobil ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 8 faiz artaraq, 2 milyon 999 min 898 dollara bərabər olub.

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq, 37 milyard 211 milyon 661 min dollara bərabər olub.

Digər Kateqoriyalar

2025 © Azervoice