Əsas səhifə » Qaziantep hava limanında sərnişindaşıma 250 min nəfəri keçib (ÖZƏL)

Qaziantep hava limanında sərnişindaşıma 250 min nəfəri keçib (ÖZƏL)

Bakı, AzerVoice

2025-ci ilin yanvar ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 251 min 762 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq, 207 min 120 nəfər, beynəlxalq reyslər üzrə isə 79 faiz artaraq 44 min 642 nəfər təşkil edib.

2025-ci ilin yanvar ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq 2 min 688 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq,min 877 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 77 faiz artaraq, 811 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin yanvar ayı ilə müqayisədə 45 faiz artaraq, 2 min 339 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 41 faiz artaraq,2 min 43, beynəlxalq reyslər üzrə isə 76 faiz artaraq 296 olub.

2025-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 16 milyon 218 min 243 nəfər, yük daşınması isə 365 min 389 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice