Əsas səhifə » Türkiyədən Qırğızıstana tekstil ixracı azalıb (ÖZƏL)

Türkiyədən Qırğızıstana tekstil ixracı azalıb (ÖZƏL)

Bakı, AzerVoice

Türkiyə 2025-cü ilin yanvar ayında Qırğızıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azalaraq 4 milyon 553 min 92 dollara çatdırıb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 9 milyon 536 min 887 dollar məbləğində tekstil məhsulları ixrac edib.

Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına tekstil məhsulları ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 5,4 faiz artaraq, 827 min 111 dollara bərabər olub.

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalaraq, 9 milyard 495 milyon 712 dollara bərabər olub.

Digər Kateqoriyalar

2025 © Azervoice