Əsas səhifə » Türkiyədən Qazaxıstana elektrik ixracı artıb (ÖZƏL)

Türkiyədən Qazaxıstana elektrik ixracı artıb (ÖZƏL)

Bakı, AzerVoice

Türkiyə 2025-cü ilin yanvar ayında Qazaxıstana elektrik ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,8 faiz artaraq 7 milyon 425 min 77 dollara çatdırıb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 16 milyon 688 min 132 dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 1,4 faiz artaraq, 1 milyon 224 min 867 dollara bərabər olub.

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,9 faiz artaraq, 16 milyard 677 milyon 730 min dollara bərabər olub.

Digər Kateqoriyalar

2025 © Azervoice