Əsas səhifə » Muğla Milas Bodrum hava limanında sərnişindaşıma 100 min nəfəri keçib (ÖZƏL)

Muğla Milas Bodrum hava limanında sərnişindaşıma 100 min nəfəri keçib (ÖZƏL)

Bakı, AzerVoice

2025-ci ilin yanvar ayında Türkiyənin Muğla Milas Bodrum Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 104 min 585 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 13 faiz artaraq, 100 min 57 nəfər, beynəlxalq reyslər üzrə isə 47 faiz artaraq 4 min 528 nəfər təşkil edib.

2025-ci ilin yanvar ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 722 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 698 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 35 faiz artaraq, 24 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin yanvar ayı ilə müqayisədə 57 faiz artaraq, min 594 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 57 faiz artaraq, min 535, beynəlxalq reyslər üzrə isə 48 faiz artaraq 59 olub.

2025-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 16 milyon 218 min 243 nəfər, yük daşınması isə 365 min 389 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice