Əsas səhifə » Türkiyənin yanvar ayında avtomobil ixracı artıb (ÖZƏL)

Türkiyənin yanvar ayında avtomobil ixracı artıb (ÖZƏL)

Bakı, AzerVoice

2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına avtomobil ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 8 faiz artaraq, 2 milyon 999 min 898 dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 37 milyon 426 min 41 dollar məbləğində avtomobil ixrac edib.

Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyə 3 milyard 487 milyon 428 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 10 faiz çoxdur.

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq, 37 milyard 211 milyon 661 min dollara bərabər olub.

Digər Kateqoriyalar

2025 © Azervoice