Əsas səhifə » Türkiyənin yanvar ayında kimyəvi maddə ixracı artıb (ÖZƏL)

Türkiyənin yanvar ayında kimyəvi maddə ixracı artıb (ÖZƏL)

Bakı, AzerVoice

2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 7,6 faiz artaraq, 2 milyon 548 min 164 dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 30 milyon 955 min 496 dollar məbləğində kimyəvi maddə ixrac edib.

Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyə 2 milyard 658 milyon 128 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 1,4 faiz azdır.

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 30 milyard 785 milyon 242 min dollara bərabər olub.

Digər Kateqoriyalar

2025 © Azervoice