Bakı, AzerVoice
2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına tekstil məhsulları ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 5,4 faiz artaraq, 827 min 111 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 9 milyon 536 min 887 dollar məbləğində tekstil məhsulları ixrac edib.
Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyə 782 milyon 578 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 2,6 faiz çoxdur.
Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalaraq, 9 milyard 495 milyon 712 dollara bərabər olub.