Bakı, AzerVoice
2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 1,4 faiz artaraq, 1 milyon 224 min 867 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 16 milyon 688 min 132 dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyə 1 milyard 478 milyon 712 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3,3 faiz çoxdur.
Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,9 faiz artaraq, 16 milyard 677 milyon 730 min dollara bərabər olub.