Bakı, AzerVoice
2024-cü ilin dekabr ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 1 milyon 629 min 801 nəfər olub.
Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 1 milyon 624 min 584 nəfər, beynəlxalq reyslər üzrə isə 70 faiz artaraq 5 min 217 nəfər təşkil edib.
2024-cü ilin dekabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 15 min 986 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 15 min 906 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 23 faiz artaraq, 80 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin dekabr ayı ilə müqayisədə 11 faiz artaraq , 19 min 821 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz artaraq, 19 min 728, beynəlxalq reyslər üzrə isə 43 faiz artaraq 93 olub.
2024-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 764 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.