Əsas səhifə » Türkiyədən Qazaxıstana xalça ixracında azalma müşahidə olunub (ÖZƏL)

Türkiyədən Qazaxıstana xalça ixracında azalma müşahidə olunub (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin Qazaxıstana xalça ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz azalaraq, 43 milyon 660 min 20 dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Qazaxıstana 3 min 810 dollar 88 məbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 17,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq, 2 milyard 867 milyon 477 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 247 milyon 411 min dollar məbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3,2 faiz azalıb.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 2 milyard 867 milyon 411 min dollar məbləğində xalça ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice