Bakı, AzerVoice
2024-cü ilin dekabr ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 79 milyon 988 min 272 nəfər olub.
Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz azalaraq, 17 milyon 89 min 191 nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 62 milyon 899 min 81 nəfər təşkil edib.
2024-cü ilin dekabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 3 milyon 230 min 58 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 216 min 258 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 12 faiz artaraq, 3 milyon 13 min 799 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin dekabr ayı ilə müqayisədə 2 faiz artaraq, 517 min 285 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz azalaraq, 117 min 764, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 399 min 520 olub.
2024-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 764 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.