Əsas səhifə » Sabiha Gökçen hava limanında sərnişindaşıma 41 milyon nəfəri keçib (ÖZƏL)

Sabiha Gökçen hava limanında sərnişindaşıma 41 milyon nəfəri keçib (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin dekabr ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 41 milyon 482 min 901 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 12 faiz artaraq, 19 milyon 509 min 605 nəfər, beynəlxalq reyslər üzrə isə 13,5 faiz artaraq 21 milyon 973 min 296 nəfər təşkil edib.

2024-cü ilin dekabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 468 min 877 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 144 min 388 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 17 faiz artaraq, 324 min 489 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin dekabr ayı ilə müqayisədə 6 faiz artaraq, 242 min 345 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq, 110 min 677, beynəlxalq reyslər üzrə isə 9,3 faiz artaraq 131 min 668 olub.

2024-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 764 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice