Əsas səhifə » Türkiyədən Çinə hazır geyim məhsulları ixracı artıb (ÖZƏL)

Türkiyədən Çinə hazır geyim məhsulları ixracı artıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Çinə hazır geyim ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq, 552 milyon 309 min 21 dollara bərabər olub.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Çinə 50 milyon 120 min 3 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 39,7 faiz çoxdur.” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 17 milyard 920 milyon 376 dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 262 milyon 830 dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 12,9 faiz azalıb” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 17 milyard 920 milyon 376 dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice