Bakı, AzerVoice
2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin Özbəkistana tekstil məhsulları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalaraq, 129 milyon 310 min 9 dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin dekabr ayında Türkiyə Özbəkistana 9 milyon 226 min 39 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 13,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalaraq, 9 milyard 495 milyon 712 dollara bərabər olub.
“2024-cü ilin dekabr ayında Türkiyə 782 milyon 578 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 2,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 9 milyard 495 milyon 712 dollar məbləğində tekstil məhsulları ixrac edib.