Əsas səhifə » Türkiyənin dəri məhsulları ixracı azalıb (ÖZƏL)

Türkiyənin dəri məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azalaraq, 1 milyard 526 milyon 663 min dollara bərabər olub.

Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Keçən ilin dekabr ayında Türkiyə 110 milyon 163 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 4,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 1 milyard 526 milyon 663 min dollar məbləğində dəri məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice