21
Bakı, AzerVoice
2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 7 milyard 895 milyon 355 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Keçən ilin dekabr ayında Türkiyə 709 milyon 537 min dollar məbləğində mebel ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 5,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 7 milyard 895 milyon 355 min dollar məbləğində mebel ixrac edib.