Əsas səhifə » Türkiyədən Tacikistana tekstil məhsulları ixracı azalıb (ÖZƏL)

Türkiyədən Tacikistana tekstil məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Tacikistana tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 23 milyon 976 min 6 dollara bərabər olub.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Tacikistana 12 milyon 791 min 57 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 24,7 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 8,7 milyard dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 856 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən noyabr ayı ilə müqayisədə 6,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 9 milyard 478 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2024 © Azervoice