Əsas səhifə » Türkiyədən İrana avtomobil ixracında azalma müşahidə olunub (ÖZƏL)

Türkiyədən İrana avtomobil ixracında azalma müşahidə olunub (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin İrana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz azalaraq, 139 milyon 853 min 89 dollara bərabər olub.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə İrana 12 milyon 648 min 81 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 10,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 33 milyard 731 milyon 566 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 3 milyard 241 milyon 318 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 36 milyard 902 milyon 494 min dollar məbləğində avtomobil ixrac edib.

Digər Kateqoriyalar

2024 © Azervoice