Əsas səhifə » Türkiyədən Fransaya dəri məhsulları ixracı azalıb (ÖZƏL)

Türkiyədən Fransaya dəri məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən Fransaya dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz azalaraq, 68 milyon 831 min 37 dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyədən Fransaya 5 milyon 845 min 93 dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 27,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz azalaraq, 1 milyard 416 milyon 716 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 116 milyon 680 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 1 milyard 532 milyon 239 min dollar məbləğində dəri məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2024 © Azervoice