Bakı, AzerVoice
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Qətərə hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz azalaraq, 32 milyon 711 min 40 dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə Qətərə 4 milyon 72 min 40 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 1,7 faiz çoxdur.” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz azalaraq, 16 milyar 661 milyon 719 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 489 milyon 931 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 4,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 18 milyard 111 milyon 716 min dollar məbləğində hazır geyim ixrac edib.