Əsas səhifə » Türkiyədə qurulan Özbəkistan şirkətlərinin sayı azalıb (ÖZƏL)

Türkiyədə qurulan Özbəkistan şirkətlərinin sayı azalıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Özbəkistan kapitalı ilə 53 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33 şirkət azdır.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 101 milyon 207 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 65 milyon 640 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (45) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 39 milyon 610 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Özbəkistan kapitalı ilə 22 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Digər Kateqoriyalar

2024 © Azervoice