Əsas səhifə » Türkiyədən Yunanistana mebel ixracında artma qeydə alınıb (ÖZƏL)

Türkiyədən Yunanistana mebel ixracında artma qeydə alınıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Yunanistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29,6 faiz artaraq, 177 milyon 886 min 16 dollara bərabər olub.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Yunanistana 15 milyon 746 min 56 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 7 milyard 862 milyon 258 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 671 milyon 664 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,2 faiz azdılr” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 7 milyard 862 milyon 268 min dollar məbləğində mebel ixrac edib.

Digər Kateqoriyalar

2024 © Azervoice