Əsas səhifə » Türkiyədə qurulan Türkmənistan şirkətlərinin sayı azalıb (ÖZƏL)

Türkiyədə qurulan Türkmənistan şirkətlərinin sayı azalıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Türkmənistan kapitalı ilə 66 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 şirkət azdır.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 41 milyon 110 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 27 milyon 840 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr ayında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (65) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 39 milyon 610 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Türkmənistan kapitalı ilə 31 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Digər Kateqoriyalar

2024 © Azervoice