Bakı, AzerVoice
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin İrana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz artaraq, 26 milyon 689 min 29 dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə İrana 3 milyon 575 min 67 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 8,2 faiz çoxdur.” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz azalaraq, 16 milyar 661 milyon 719 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 489 milyon 931 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 4,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 18 milyard 111 milyon 716 min dollar məbləğində hazır geyim ixrac edib.