Əsas səhifə » Azərbaycan və Qazaxıstan arasında investisiya layihələrinin həcmi açıqlanıb

Azərbaycan və Qazaxıstan arasında investisiya layihələrinin həcmi açıqlanıb

Bakı. AzerVoice

2024-cü ilin birinci yarısında Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı investisiyaların həcmi 65 milyon ABŞ dolları, qarşılıqlı investisiya layihələrinin sayı isə beş olub.

AzerVoice xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (AİB) məlumatında bildirilib.

Məlumata əsasən, yuxarıda göstərilən məbləğin səkkiz milyon dolları (iki layihə) Qazaxıstanın Azərbaycana, 57 milyon dolları (üç layihə) isə Qazaxıstana qoyulmuş Azərbaycan investisiyasıdır.

Qeyd edək ki, AİB yeddi milyard dollar nizamnamə kapitalına malik çoxtərəfli inkişaf bankıdır və investisiya fəaliyyəti vasitəsilə üzv dövlətlərin iqtisadi artımına, onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına kömək etmək üçün nəzərdə tutulub.

AİB-in kredit və investisiya fəaliyyətinin əsas maliyyə mənbəyi kapital bazarlarından cəlb edilmiş uzunmüddətli borclar və bankın öz vəsaitləridir.

Digər Kateqoriyalar

2024 © Azervoice