Bakı, AzerVoice
2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin İraqa tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz artaraq, 132 milyon 53 min 87 dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə İraqa 12 milyon 791 min 57 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 8,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 8,7 milyard dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 856 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən noyabr ayı ilə müqayisədə 6,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 9 milyard 478 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.