Bakı, AzerVoice
2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Türkmənistana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 faiz azalaraq, 23 milyon 219 dollara 9 bərabər olub.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə Türkmənistana 2 milyon 547 min 75 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 4,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 33 milyard 731 milyon 566 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 3 milyard 241 milyon 318 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 36 milyard 902 milyon 494 min dollar məbləğində avtomobil ixrac edib.