Əsas səhifə » Özbəkistanla Türkmənistan ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşır (ÖZƏL)

Özbəkistanla Türkmənistan ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşır (ÖZƏL)

Bakı,AzerVoice

Bu ilin yanvar-oktyabr aylarında Özbəkistanın Türkmənistanla xarici ticarət dövriyyəsi 947,7 milyon dollar təşkil edib.

AzerVoice xəbər verir ki, Türkmənistan Özbəkistanın ilk üç ticarət tərəfdaşı arasında yer alır.

Özbəkistandan Türkmənistana ixracın həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 44,8 faiz azalaraq 99,2 milyon dollar olub.

2024-cü ilin yanvar-oktyabr aylarında Türkmənistandan Özbəkistana ixrac 848,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Özbəkistanın xarici ticarət həcmi 54,3 milyard ABŞ dolları təşkil edir.

Digər Kateqoriyalar

2025 © Azervoice