Əsas səhifə » Türkiyədən ABŞ-a avtomobil ixracında artma müşahidə olunub (ÖZƏL)

Türkiyədən ABŞ-a avtomobil ixracında artma müşahidə olunub (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin ABŞ-a avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz artaraq, 978 milyon 996 min 97 dollara bərabər olub.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə ABŞ-a 93 milyon 92 min 70 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 11,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq, 30 milyon 511 min 79 dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 3 milyon 581 min 928 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 16,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 36 milyon 848 min 952 dollar məbləğində avtomobil ixrac edib.



Digər Kateqoriyalar

2024 © Azervoice