Bakı, AzerVoice
2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 97 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 38 şirkət azdır.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 171 milyard 302 milyon 330 min 69 türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 1 milyard 50 milyon 923 min 834 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-oktyabr ayında BƏƏ şirkətlərinin əksəriyyəti İstanbulda (87) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən BƏƏ şirkətlərinin ümumi kapitalı 170 milyard 437 milyon 330 min 69 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 43 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.