Əsas səhifə » Türkiyədən İraqa sement ixracı artıb (ÖZƏL)

Türkiyədən İraqa sement ixracı artıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən İraqa sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq, 148 milyon 245 min 85 dollara bərabər olub.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə İraqa 14 milyon 370 min 30 dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 6,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7 faiz azalaraq, 3,6 milyard dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 365 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 0,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement ixrac edib.

Digər Kateqoriyalar

2024 © Azervoice