Əsas səhifə » Türkiyədən ABŞ-a kimyəvi məhsul ixracı 1 milyard dolları ötüb (ÖZƏL)

Türkiyədən ABŞ-a kimyəvi məhsul ixracı 1 milyard dolları ötüb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən ABŞ-a kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 faiz artaraq, 1,3 milyard dollara bərabər olub.

Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə ABŞ-a 95,6 milyon dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 14 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq, 25 milyard 618 milyon dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 2 milyard 465 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 8,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 31 milyard 419 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Digər Kateqoriyalar

2024 © Azervoice