Əsas səhifə » Türkiyədən İrana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

Türkiyədən İrana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən İrana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz azalaraq, 98,7 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə İrana 9,5 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 39,1 faiz azdır ” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki,2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,8 faiz artaraq, 13,7 milyard dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 1,5 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 10,2 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 16,6 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Digər Kateqoriyalar

2024 © Azervoice