Əsas səhifə » Qırğızıstan COP29-da qlobal birliyə və iqlimin maliyyələşdirilməsinin artırılmasına çağırıb

Qırğızıstan COP29-da qlobal birliyə və iqlimin maliyyələşdirilməsinin artırılmasına çağırıb

Bakı, AzerVoice

Qırğızıstan Prezidenti Sadır Japarov iqlim dəyişikliyi ilə bağlı vahid qlobal fəaliyyətə və inkişaf etməkdə olan ölkələri iqlim problemlərinin həllində dəstəkləmək üçün innovativ maliyyələşdirmə mexanizmlərinə çağırıb.

AzerVoice xəbər verir ki, o, bu çağırışı Bakıda keçirilən COP29 sammitində çıxışı zamanı edib.

İqlim dəyişikliyi ilə bağlı kəskin problemlər fonunda S.Japarov geosiyasi fərqlərdən asılı olmayaraq ölkələrin iqlim təşəbbüslərinin həyata keçirilməsində əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. "Biz iqlim dəyişikliyi ilə mübarizədə birləşməliyik", - deyı o bildrib və Paris Sazişinin məqsədlərinə çatmağın əlaqələndirilmiş qlobal səy tələb etdiyini vurğulayıb.

O, Qırğızıstanın yeni iqlimin maliyyələşdirilməsi məqsədini dəstəklədiyini ifadə edərək, inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi yardımını 2 trilyon dollara çatdırmağa və bu fondlara çıxışı yaxşılaşdırmağa çağırıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Digər Kateqoriyalar

2024 © Azervoice