BAKI,AzerVOİCE
Boş xəyal, zənn, güman, təxmin. “Ən zəif qənaət, gələcək ilə
bağlı zənn, təxmin və xəyal” kimi mənalara gəlir. Məntiqdə iki
proporizasiyadan doğruya yaxın olanına “zənn”, uzaq olana isə
“vəhm” deyilir.
Eyni kökdən törəyən təvəhhüm isə “bir nəsnənin varlığı haqqında
tərəddüd etmək”, “şübhə etmək” mənalarına gəlir. “Vəhm” insana aid
güc olub, əsas funksiyası xüsusi terminləri və məfhumları dərk
etməkdir. “Vəhm” qüvvəsi sayəsində quzu canavardan qorxub qaçır.
“Vəhm” sözünü İslam düşüncəsi tarixində ilk dəfə fəlsəfi termin
kimi istifadə edən Yəqub ibn İshaq əl-Kindi olmuşdur. O, vəhmi
“zehnin qəbul edib-etməməsi məsələsində qərarsız qalması” olaraq
tərif etmişdir. Bu kontekstdə təvəhhüm terminini də açıqlamağa
çalışan Kindi onu hissedilən bir formanın maddəsi ortadan qalxdığı
halda, o formanı dərk edən psixi qüvvə kimi tərif edir.
İxvani-Səfaya görə, “vəhm” heyvanın əşyanı təxəyyül etmə
qüvvəsidir. Farabiyə görə, “vəhm” dizayn etmə ilə hafizə qüvvələri
arasında olan, hissi təcrübə yaşamadan meydana gələn idrak
qüvvəsidir. Müsəvvirə (təsvir etmə) və hafizədəki hissi
müşahidələri ruh və ağlın dəstəyi ilə istifadə edən qüvvəyə
“müfəkkirə”, vəhmin yardımı ilə istifadə edilən potensiyaya isə
“mütəxəyyilə” qüvvəsi deyilir.
Hədis elmində isə ravinin (hədisi rəvayət edən) doğru olduğunu zənn
edərək hədisin sənəd və mətnində, hətta cərh və tədildə bəzi
xətalar etməsi. Belə hədislər “müəlləl” adlanır. Lüğəvi baxımdan
şübhə olan bir nəsnənin tərcih edilən tərəfinə deyilir. Cəm forması
“övham”dır.