BAKI,AzerVoice
Ali İsnad ,hədis ədəbiyyatına görə, hədisin sənədindəki ravi (
rəvayət edən şəxs) sayının azlığını ifadə edən xüsusiyyət. Yəni
hədisi rəvayət edən ravi ilə İslam peyğəmbəri arasındakı ravi
sayının azlığı həmin sənədin dəyərinin yüksək olduğuna dəlalət
edir.
İsnadın ali olması ravi ilə Peyğəmbər arasındakı dövrün qısa
olmasını, yəni ravinin hədisin mənbəyinə yaxınlığını göstərir. Bu
yaxınlıq hədis ədəbiyyatında “ülüvv” adlanır. Əgər ülüvv iki
ravidən ibarətdirsə, “sünai”, üç ravidən ibarətdirsə, “sülasi”
adlanır.
Sünai sənəddə hədisin ravisi ilə Həzrət Peyğəmbər arasında bir
tabii və bir səhabə mövcuddur. Ali isnad əsas etibarilə hədis və ya
rəvayət sənədi üçün istifadə edilir. Ali isnadla rəvayət edilən
hədislərə “ali hədis” deyilir.