Əsas səhifə » Qüdsi hədir nədir?

Qüdsi hədir nədir?

Bakı,AzerVoice

Qüdsi hədis, İslam Peyğəmbərinin Allaha istinad etdiyi hədisdir. Lüğəvi baxımdan “müqəddəs varlığa istinad edilən” mənasını verir. Qüdsi hədisin mənası Allaha, sözləri isə Həzrət Peyğəmbərə aiddir. Qüdsi hədisə “rəbbani” və “ilahi hədis” də deyilir. Qüdsi-hədislərin ayələrdən əsas fərqi ondan ibarətdir ki, ayələr həm kəlmə, həm də məna baxımından Allaha aiddir. Qüdsi hədislərin mənası Allaha aiddir, sözlərini isə Həzrət Peyğəmbər formalaşdırı.
Məsələn: Həzrət Məhəmməd Allah-Taalanın belə buyurduğunu nəql etmişdir: “Bəndəm mənə onun üçün fərz (vacib) əməllərdən daha sevimlisi ilə yaxınlaşa bilməz. Bəndəm fərzlərdən əlavə nafilə ibadətlər vasitəsilə mənə yaxınlaşdığı müddətcə onu sevərəm. Mən onu sevdikdə isə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram...” (Buxari, Riqaq 38)

Digər Kateqoriyalar

2024 © Azervoice