Əsas səhifə » Ecazi Quran nədir?

Ecazi Quran nədir?

Bakı,AzerVoice

Ecazi Quran, Qurani-Kərimin misilsiz üstünlüyünü ifadə edən termindir. Bu sahədə yazılmış əsərlərin ortaq adıdır eyni zamanda. Oxşarını gətirə bilməmək barəsində Quranın insanları aciz qoyması, möcüzə olması.
Lüğəvi mənası “gücü çatmamaq” olan “əcz” kökündən törəmiş “ecaz” sözü “aciz qoymaq” deməkdir.
Quranın sahib olduğu ədəbi üstünlük və məna zənginliyi baxımından bənzərinin meydana gətirilə bilməməsini ifadə edir. Quranın bu xüsusiyyəti, eyni zamanda, Həzrət Məhəmmədin həqiqi peyğəmbər olduğunu sübut edir.
Həzrət Peyğəmbərin peyğəmbərliyini inkar edənlər istədikləri təqdirdə, Qurana bənzər sözlər söyləyə biləcəklərini iddia etmiş (“Ənfal” 8/31) və Peyğəmbərdən öz doğruluğunu isbat edəcək möcüzə istəmişlər. Onlara Quranın yetərli bir möcüzə olduğu bildirilmiş (“Ənkəbut” 29/50-51) və əgər gücləri çatırsa, Quran kimi bir əsər meydana gətirmələri istənilərək onlara meydan oxunmuşdur (“Bəqərə” 2/23-24; “Yunus” 10/37-39; “Hud”11/13; “İsra” 17/86-88).

Digər Kateqoriyalar

2024 © Azervoice